BVF: Süni intellekt dünyanı ələ keçirir

   BVF:    Süni intellekt dünyanı ələ keçirir
  15 Yanvar 2024    Oxunub:2451
"Süni intellekt qlobal məşğulluğun 40%-nə təsir edəcək. Bu tendensiya ölkələr arasında gəlir bərabərsizliyini daha da ağırlaşdıracaq".
AzVision.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu problem barədə "Süni intellekt və məşğulluğun gələcəyi" adlı hesabat dərc edib.

Qeyd olunur ki, süni intellekt qlobal iqtisadiyyatı kökündən dəyişdirmək potensialına malikdir.

"Xüsusilə məşğulluq sahəsində məhsuldarlığı artıracağı proqnozlaşdıran süni intellekt həmçinin bəzi sektorlarda canlı insan əməyinin yerinə keçirə bilər" , - hesabatda bildirilir.

Mütəxəssislərin fikrincə, bu, "yeni sənaye inqilabı"ndan xəbər verir.

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva da qələmə aldığı məqalədə süni intellektin məşğulluq sahəsində yarada biləcəyi təhlükəyə diqqət çəkib.

“Süni intellekt istənilən halda ümumi bərabərsizliyi daha da şiddətləndirəcək. Siyasi liderler bu problemin qarşısını almaq üçün təcili tədbirlər görməlidirlər" , - xanım direktor vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: süni_intellekt  





Xəbər lenti