Əbdülhəmid: “İranda korrupsiyanın qarşısını almaq mümkün deyil”

      Əbdülhəmid:    “İranda korrupsiyanın qarşısını almaq mümkün deyil”
  09 Dekabr 2023    Oxunub:996
İran hakimiyyətinə qarşı irəli sürülən ən sərt ittihamlardan biri də ölkədə korrupsiyanın geniş vüsət alması ilə bağlıdır.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Zahidan şəhərinin sünni din xadimi Mövləvi_Əbdülhəmid cümə namazı xütbəsində İtranda korrupsiyanın geniş yayılmasını, edamların artmasını və məhbuslara işgəncə verilməsini kəskin tənqid edib. İqtisadi problemlərə toxunan din xadimi, bu problemlərin insanlara ciddi zərər vurduğunu bildirib.

“Bir sıra rəsmilər korrupsiyanın o qədər geniş vüsət aldığını etiraf ediblər ki, artıq onun qarşısını ala bilmirlər. Xalqın fəryadı budur ki, hökumətin siyasəti nəticəsiz qalıb və əsaslı dəyişikliklərə ehtiyac var”, - din xadimi vurğulayıb.
AzVision.az


Teqlər: İran   korrupsiya  





Xəbər lenti