Gələn il fevralın 17-dək Prezident seçkilərinə yekun vurulacaq

   Gələn il fevralın 17-dək Prezident seçkilərinə yekun vurulacaq
  08 Dekabr 2023    Oxunub:1266
2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti