AzVision.az xəbər verir ki, Teymur Cəfərov çıxışında cari il ərzində qazlaşdırılan və növbəti il qazlaşması nəzərdə tutulan kənd və yeni yaşayış massivlərinin sayını açıqlayıb. Qurum rəsmisi cari ildə bu rəqəmin 150 olduğunu qeyd edərək növbəti ildə artaraq 170 olacağını vurğulayıb.Teymur Cəfərov qazlaşdırılmayan kəndlərin isə sayının 900-ə yaxın olduğunu qeyd edib. Şöbə rəisi bu ilin 11 ayı ərzində görülən işlər çərçivəsində 350 km müxtəlif diametrli borularla qaz xətlərinin çəkildiyini də media nümayəndələrinin diqqətinə çatdırıb.
İbrahim Kərbalayev hər dəfə olduğu kimi Şikayətlərin araşdırılması şöbəsinə daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi cari ilin 11 ayı ərzində 11074 müraciətin daxil olduğunu bildirərək ötən ilin anoloji dövrü ilə müqayisədə azalmanın müşahidə edildiyini qeyd edib.
“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
AzVision.az