"YAŞAT" fondu 3 il ərzində nə qədər borcu bağlayıb? - Açıqlama

   "YAŞAT" fondu 3 il ərzində nə qədər borcu bağlayıb? -    Açıqlama
  08 Dekabr 2023    Oxunub:688
3 il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə YAŞAT fondu tərəfindən 7 011 408.82 AZN xərclənib.
AzVision.az xəbər verir ki, bunu YAŞAT fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına həsr olunan brifinqdə deyib.

O bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.

Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti