"Hazırda 5 ağır yaralımızın müalicəsi Türkiyədə davam edir" - Elvin Hüseynov
Fond rəhbəri bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib.
Ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: