Hüseynlə Aqşin erməni əsirliyindən xilas edilir

 Hüseynlə Aqşin erməni əsirliyindən xilas edilir
  07 Dekabr 2023    Oxunub:1361
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Bakı İrəvanla hərbçilərin qarşılıqlı surətdə azad edilməsi razılığına gəlib


Hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin isə Bəbirov Aqşinlə Axundov Hüseyndir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüşdülər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olmuşdu. Hər iki əsgər Ermənistanda əsir götürülmüşdü və onlara qarşı saxta ittihamlarla cinayət işi açılmışdı.

Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılmışdı və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Ötən gün isə onun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti