"Beyrut və Cənubi Livanı Qəzza zolağının taleyi gözləyə bilər"

   "Beyrut və Cənubi Livanı Qəzza zolağının taleyi gözləyə bilər"
  07 Dekabr 2023    Oxunub:914
"Hizbullah" tərəfindən Livanla sərhəddə gərginliyin artması Beyrut və Cənubi Livanda Qəzza zolağının taleyini təkrarlamasına səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ordunun Şimal Komandanlığının qərargahına baş çəkərkən deyib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaqların, qadınların və qocaların girov götürülməsi ilə müşayiət olunub. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti