Ermənistanda ağır cinayətlərin sayı iki dəfə artıb

   Ermənistanda ağır cinayətlərin sayı iki dəfə artıb
  07 Dekabr 2023    Oxunub:1028
2023-cü ilin 10 ayı ərzində Ermənistanda xüsusilə ağır cinayətlərin sayı iki dəfə artıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yanvar-oktyabr aylarında Ermənistanda 1425 xüsusilə ağır cinayət törədilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 685 fakt çoxdur.

Ümumilikdə isə 10 ay ərzində Ermənistanda 31 598 cinayət qeydə alınıb ki, bu da ötən ilin göstəricisindən 1 778 fakt çoxdur.

Hesabat dövründə 4700 ağır cinayət törədilmişsə, ötən il bu rəqəm 3874-ə bərabər olub.Orta dərəcəli cinayətlərin sayı isə 10761-ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti