Ağ evin mətbuat katibi ən qısa brifinq keçirib

   Ağ evin mətbuat katibi     ən qısa    brifinq keçirib
  05 Dekabr 2023    Oxunub:1197
ABŞ prezidentinin mətbuat katibi Karin Jan-Pyer öz şefi Co Baydenin oğlu Hanter Baydenə məxsus “Owasco PC” şirkətindən pul alıb-almadığı barədə sualdan dərhal sonra keçirdiyi ənənəvi brifinqi tərk edib.
“The Daily Caller” nəşrinə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr palatasının Nəzarət və Hesabat komitəsi daha əvvəl “Owasco PC” şirkətinin “Çin dövləti ilə əlaqəli şirkətlərdən, habelə digər xarici fiziki şəxslərdən və firmalardan” vəsait aldığına dair bəyanat yayıb.

Konqresmenlərin fikrincə, Co Baydenə ödənişlər göstərir ki, prezident öz bəyanatlarının əksinə olaraq, “ailəsinin nüfuz alveri sxemlərini bilirdi, iştirak edirdi və onlardan faydalanırdı”.

Brifinqdə “Real Clear Politics” nəşrinin müxbiri Fil Veqmannın Karin Jan-Pyerə prezidentin “ödənişi qəbul edib-etməməsi” və “əgər onlar birlikdə iş görmürlərsə, niyə belə bir razılaşmanın əldə olunması” barədə sualı Ağ evin sözçüsünü çətinə salsa da, o, sualdan məharətlə yayaınmağa çlışıb.

“Mən sizə aydınlaşdırmalıyam: mən bu hesabatı görməmişəm, ona görə də bu konkret məsələ ilə bağlı sizi Ağ evin vəkili bürosundan olan həmkarlarıma yönəltməliyəm” , - cavabını verən Karin-Jan Pyer qeydlər qovluğunu bağlamadan və brifinqi bitirmədən otağı tərk edib.

Qeyd edək ki, Nümayəndələr palatasının Nəzarət və Hesabat komitəsi ABŞ liderinin mənfəət götürmək üçün hökumət vəzifəsindən sui-istifadə edərək bütün dünyada qohumlarının biznes sövdələşmələrində iştirakı barədə iddialarla bağlı araşdırma aparır.


Teqlər: Jan-Pyer   brifinq  





Xəbər lenti