BMT İrandakı ayrı-seçkilik və repressiya ilə bağlı həyəcan təbili çalıb

   BMT İrandakı ayrı-seçkilik və repressiya ilə bağlı həyəcan təbili çalıb
  05 Dekabr 2023    Oxunub:680
Cenevrədə “Daha inklüziv cəmiyyətlərə hüquqi və struktur yanaşmalar” mövzusunda BMT-nin Azlıqların problemləri üzrə forumunun 16-cı sessiyası keçirilib.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, İnsan Hüquqları assosiasiyasının nümayəndəsi öz çıxışında İrandakı azərbaycanlıların hüquqları ilə bağlı kritik məsələlərə toxunub.

İran rejimi ayrı-seçkilik və irqçi siyasəti həyata keçirmək üçün assimilyasiyadan istifadə edərək, milli azlıqları marjinallaşdırmaq üçün hegemonluqda ittiham olunub.

Çıxışda azərbaycanlıların səhiyyə, təhsil və iqtisadiyyat sahələrində əsas resurslardan məhrum edildikləri və bunun bərabərsizliyin kəskinləşməsinə gətirib çıxardığı vurğulanıb. Azərbaycanlı fəalların tez-tez həbslərlə üzləşdiyi bildirilib.

Konkret misal kimi İran hökumətinin azərbaycanlılara qarşı özbaşına davamlı repressiyalar həyata keçirməsi, nəticədə 20-dən çox vətəndaş fəalının hələ də həbsdə saxlanılması qeyd olunub.
AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti