Şərti düşmənin hədəfləri yüksək dəqiqliklə məhv edildi - Video

   Şərti düşmənin hədəfləri yüksək dəqiqliklə məhv edildi -    Video
  05 Dekabr 2023    Oxunub:837
2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.




AzVision.az


Teqlər:





Xəbər lenti