Hava zərbələri İranın vəkil qüvvələrinin 5 üzvünü öldürüb

Hava zərbələri İranın vəkil qüvvələrinin 5 üzvünü öldürüb
  04 Dekabr 2023    Oxunub:827
İraqın Kərkük şəhərinin şimalında amerikalı döyüşçülərin həyata keçirildiyi güman edilən hücumlarda İranın dəstəklədiyi qrupların beş üzvü öldürülüb.
AzVision.az üç İraq rəsmisinin “Reuters” agentliyinə verdiyi məlumata istinadən bidlrir ki, bu şəxslər İraqda yerləşən Amerika qüvvələrinə hücum etməyə hazırlaşarkən hava hücumlarının hədəfinə çevriliblər.

ABŞ ordusu sözügedən hücumla bağlı hələlik məlumat verməyib. Eyni zamanda, Amerika rəsmisi Suriyanın şimal-şərqində yerləşən beynəlxalq qüvvələrin bazasının raket hücumlarına məruz qaldığını, lakin tələfat olmadığını bildirib.

İranın İraqdakı vəkil qüvvələri oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri Amerika qüvvələrinə qarşı 70-dən çox hücum həyata keçirib. Bu hücumları pisləyən İraq hökuməti belə addımları İraqın milli suverenliyinin pozulması adlandırıb.
AzVision.az


Teqlər: ABŞ   İraq  





Xəbər lenti