İran ABŞ-da dondurulmuş vəsaitlərin blokdan çıxarılması üçün zəmanət alıb

İran ABŞ-da dondurulmuş vəsaitlərin blokdan çıxarılması üçün zəmanət alıb
  04 Dekabr 2023    Oxunub:960
İran ABŞ-da dondurulmuş və əvvəllər prezident Co Bayden administrasiyası tərəfindən blokdan çıxarılmış 6 milyard dollar vəsatin götürülməsi məsələsində bütün lazımi zəmanətləri alıb.
AzVision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani vİranın aktivlərinin müddətsiz dondurulmasını dəstəkləyən Konqresin aşağı palatası ilə bağlı sualı cavablandırarkən deyib.

"Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Senat tərəfindən təsdiq edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır. ABŞ İran qarşısında öhdəliklərinə əməl etməlidir. Bununla belə, Birləşmiş Ştatlar ilə qarşılıqlı əlaqə etimada əsaslanmadığından, biz bu məsələdə bütün lazımi təminatları almışıq”, - deyə İSNA xəbər agentliyi onun sözlərini sitat gətirib: “Bu resurslar İslam Respublikası hökumətinin sərəncamında olub və indi də var. İran hakimiyyəti isə ehtiyaclarına uyğun istifadə etmək hüququna malikdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti