İƏT rəsmisi: "İnanırıq ki, Şuşa Azərbaycanın çox tanınmış məkanlarından birinə çevriləcək"

 İƏT rəsmisi:  "İnanırıq ki, Şuşa Azərbaycanın çox tanınmış məkanlarından birinə çevriləcək"
  04 Dekabr 2023    Oxunub:1516
"İnanırıq ki, yaxın gələcəkdə Şuşa Azərbaycanın çox tanınmış və tez-tez səfər edilən məkanlarından birinə çevriləcək".
AzVision.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Xusrov Noziri təmsil etdiyi qurumun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib. Onun sözlərinə görə, Şuşa şəhərinin 2026-cı il üzrə turizm paytaxtı elan edilib.

"Bu vaxta qədər təşkilat regionda cəmi 6 şəhəri turizm paytaxtı seçib. Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləridir” - deyə o qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti