Azərbaycanda 1991-ci ildən bu günədək 357 uşaq minadan zərər çəkib

   Azərbaycanda 1991-ci ildən bu günədək 357 uşaq minadan zərər çəkib
  04 Dekabr 2023    Oxunub:1249
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".
Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.

Ombudsman qeyd edib ki, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə 1991-ci ildən bu günədək 357-si uşaq, 38-i qadın olmaqla, ümumilikdə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti