Heydər Əliyev Sarayının direktorunun birinci müavini vəzifəsindən ayrılıb

  Heydər Əliyev Sarayının  direktorunun birinci müavini vəzifəsindən ayrılıb
  02 Dekabr 2023    Oxunub:1423
Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.
AzVision.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

AzVision.az



Teqlər: HeydərƏliyevsarayı   İstefa  





Xəbər lenti