Azərbaycan növbəti ildən "slow wine" hərəkatına qoşulacaq

   Azərbaycan növbəti ildən "slow wine" hərəkatına qoşulacaq
  02 Dekabr 2023    Oxunub:1732
"Azərbaycan növbəti ildən "slow wine" hərəkatına qoşulmaq niyyətindədir".
AzVision.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans deyib. O qeyd edib ki, növbəti ildə Azərbaycanın "slow wine" festivalında iştirakını planlaşdırılır.

S.Əsgərova bildirib ki, şərab turizmi marşurutu halqası Qarabağ və Şərqi Zəngəzur regionu ilə tamamlanıb.
"Şərab marşrutlarının beynəlxalq standartlarına adaptasiya zərurudir. Biz növbəti il bu zərurəti nisbətən çatmaq istəyirik. Beynəlxalq standartlara uyğun marşurut boyu şərab turizmi potensialını turistlərə çatdırmaq əsasdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti