Üç iranlı xanım Kanadanın güclü qadınları siyahısına daxil olub

   Üç iranlı xanım Kanadanın güclü qadınları siyahısına daxil olub
  02 Dekabr 2023    Oxunub:1411
Kanada qadın idarəetmə şəbəkəsinin (W.X.N) dərc etdiyi “Kanadanın 100 güclü qadını” siyahısında İran əsilli üç qadın adı yer alıb.
AzVision.az xəbər verir ki, qadın hüquqları müdafiəçisi Lili Porzənd, Torontonun Metropolitan universitetinin professoru Atefe Məşatan və hüquqşünas Atusa Mahmudpor adları bu siyahıya düşən üç iranlı qadındır.

Xanım Porzənd İran hakimiyyəti tərəfindən illərlə həbs və ev dustaqlığına məruz qaldıqdan sonra psixi təzyiqlər nəticəsində həyatına son qoyan vəkil Mehrəngiz Kar və jurnalist Siamək Porzandın qızıdır.

Kanada qadın idarəetmə şəbəkəsi bu qadınları öz fəaliyyət sahələrində dəyişikliklər edən və qadınların rolunun yayılmasına kömək göstərən şəxslər kimi adlandırıb.
AzVision.az


Teqlər: Kanada   qadınlar  





Xəbər lenti