Qlenn Korn: İransız Rusiya Ukraynada müharibə apara bilməzdi

      Qlenn Korn:    İransız Rusiya Ukraynada müharibə apara bilməzdi
  02 Dekabr 2023    Oxunub:1371
Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi mərmilərin 80%-i İran istehsalıdır. İran olmasa idi Rusiya Ukraynada müharibə apara bilməzdi.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin kəşfiyyat və təhlükəsizlik üzrə keçmiş xüsusi nümayəndəsi Qlenn Korn geniş auditoriyaya qapalı olan ixtisaslaşmış nəşr “The Cifer” nəşrinə bildirib.

“İran silahları Rusiya üçün kritik əhəmiyyət kəsb edir. Onların sayəsində Moskva Ukraynanın əks-hücumunun uğursuzluğa düçar olması barədə rəvayətləri aşılaya bilir. Ancaq rusların əsas mesajı başqadır. Ukraynalılar uğursuzluğa düçar olurlar, müharibə uzun müddət davam edəcək, ona görə də Putinlə danışıqlar masasına oturub ona istədiyini vermək lazımdır”, - Korn deyib.

Onun iddiasına görə, iranlılar Rusiyaya dəstək verməklə bağlı artan ehtiyatlılıq nümayiş etdirməyə məcburdurlar. Çünki İsrail və ya ABŞ-la hərbi əməliyyatlar ehtimalını nəzərə alırlar.
AzVision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti