Aİ Şərq Tərəfdaşlığı çərçivəsində XİN liderlərinin görüşü keçiriləcək

Aİ Şərq Tərəfdaşlığı çərçivəsində XİN liderlərinin görüşü keçiriləcək
  01 Dekabr 2023    Oxunub:1438
Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 11-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrlik etdiyi Xarici Əlaqələr Şurası Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi aparacaq.

Şura həmçinin Rusiyanın Ukraynaya təcavüzü, İsrail, Qəzza zolağı və regiondakı vəziyyət və iqtisadi təhlükəsizlik barədə danışacaq.

"Aİ Şurasının iclasından əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə qeyri-rəsmi səhər yeməyi baş tutacaq, daha sonra isə Şərq Tərəfdaşlığı XİN rəhbərlərinin görüşü keçiriləcək", - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti