"İİV epidemiyası Avropa regionunda sürətlə artır" - ÜST

  "İİV epidemiyası Avropa regionunda sürətlə artır" -  ÜST
  01 Dekabr 2023    Oxunub:1674
Dünyada ən sürətlə artan İİV epidemiyası Avropa regionundadır.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Klugenin Ümumdünya QİÇS-lə Mübarizə Günündə dərc olunmuş bəyanatında deyilir.

"Avropa regionunda insanların 50%-nə diaqnoz gec qoyulur - insanlar tibbi xidmətə gec müraciət edirlər və bizim onları daha tez aşkarlamağımız mümkün olmur. Bu tendensiya 10 ildir dəyişməyib. Regionumuzun bəzi ölkələrində ölüm halları qəbuledilməz dərəcədə yüksəkdir, digərlərində isə İİV-in ötürülməsi demək olar ki, tamamilə dayandırılıb”, Kluge deyir.

O xatırladıb ki, 1988-ci ildə ilk Ümumdünya QİÇS-lə Mübarizə Günü keçirilən zaman İİV diaqnozu ölüm hökmü ilə bərabər idi. Amma indi vəziyyət dünya yaxşılığa doğru dəyişib, çünki yoluxmanın diaqnozu, müalicəsi və qarşısının alınması üçün resurslar və texnologiyalar mövcuddur. Tibbi nailiyyətlər İİV-i xroniki bir xəstəlik halına gətirib və diaqnoz qoyulan, müalicə olunan insanlar virusu başqalarına ötürmədən sağlam, uzun ömür yaşaya bilirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti