Zahidan əhalisinə təzyiqlər davam edir
Ən azı 400 aztəminatlı şagirdin oxuduğu bu məktəblərdən biri “Nədai Səadət” adlanır və Şirabad bölgəsində “Səd İbn Əbu Vəqqas” sünni məktəbinin nəzarəti altında idarə olunurdu.
Məlumatlı mənbənin “Haalvash” saytına bildirdiyinə görə, təmir bəhanəsi ilə bu məktəbin müəllimlərini dərs ilinin ortasında məktəbi bağlayacaqları ilə hədələyiblər. Möhürlənmiş digər dörd məktəb yerli əhali və xeyirxahlar tərəfindən yaradılıb və idarə olunub.
Eyni zamanda bəluc vətəndaşların həbsindən sonra Məkki məscidinin videoqraf və fotoqraflarından biri olan Əbu Bəkr Tövhidi (Mir Bəluc Zəhi) hərbçilər və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Zahidan etiraz cümələri kimi tanınan ardıcıl yürüşlərin formalaşması ilə hökumətin bəluc vətəndaşların etirazlarını yatırmaq səyləri gücləndi. Son bir ildə yüzlərlə vətəndaş heç bir əsas olmadan qrup halında və ya fərdi qaydada həbs edilib və onlarla vətəndaş hələ də naməlum şəraitdə həbsdə saxlanılır.
AzVision.az