Qeyri-standart avtomobillər İranda ölümlərə səbəb olan üçüncü amildir

“İranda avtomobil hissələrinin 90%-dən çoxu standarta uyğun istehsal olunmur, çünki əksər hissələrinin istehsalına dair təlimat, bu hissələrin istehsalı və paylanmasına nəzarət yoxdur. İranın avtomobil sənayesində keyfiyyətin yaxşılaşdırılması ilə bağlı tənzimləyici siyasətin başlanmasından təxminən otuz il keçib. Amma praktikada bu siyasət hələ də ölkə daxilində keyfiyyətli avtomobillərin istehsalına gətirib çıxarmayıb və əvəzində yerli istehsal olan avtomobillər insanların ölümünün əsas səbəblərindən birinə çevrilib”, - Pirhadi deyib.
İki gün əvvəl İranın Ədliyyə Tibb təşkilatının yaydığı hesabatda ölkədə yol qəzaları qurbanlarının sayının bu ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2% artdığı bildirilib.
AzVision.az
Teqlər: İran avtomomobillər