İranda məhbusa daha 6 aylıq həbs cəzası kəsildib
Məhbusun həyat yoldaşı Sara Abbasi onun səhhəti ilə bağlı problemlər yaşadığını söyləyib.
“İl yarımdan çoxdur ki, məhkəmə-tibb həkimi yoldamımın yırtığı və prostat vəzinin təcili əməliyyata ehtiyacı olduğunu təsdiqləyib. Həmçinin, o, üç aydan çoxdur ki, diş ağrısından əziyyət çəkir. Lakin aidiyyatı qurumların bəhanələri ilə o, ixtisaslaşdırılmış müalicədən məhrum edilib”, - Sara Abbasi deyib.
Mənuçöhr Bəxtiyari 2021-cü il aprelin 29-da təhlükəsizlik qüvvələri tərəfindən Tehrandakı şəxsi evində döyülərək həbs edilib.
Daha sonra İnqilab məhkəməsinin hökmü ilə 3,6 il həbs, 2,5 il sürgün və 2 il ölkədən çıxış qadağası ilə cəzalandırılaraq, təhlükəsizlik müəssisələrindən birinin təcridxanasından Kərəc Mərkəzi cəzaçəkmə müəssisəsinə köçürülüb.
AzVision.az