"Putin yeni səfərbərliyə hazırlaşır, 500 min insan cəbhəyə göndəriləcək" - KİV |
Məlum olub ki, Rusiya Federasiyası vətəndaşları əvvəlcə sığınacaq istəyiblər. Lakin Cənubi Koreya Ədliyyə Nazirliyi hərbi xidmətdən yayınmanın qaçqın statusu almaq üçün əsas sayılmayacağını vurğulayaraq onların müraciətlərini rədd edib.
İnsan Hüquqları üzrə Dövlət Komissiyası Cənubi Koreya hakimiyyətinə rusların yaşayış şəraitini yaxşılaşdırmağı tövsiyə edib. Çünki onların fikrincə, döyüşmək istəməyən məlum ruslar humanitar yardıma layiqdirlər. Komissiya həmçinin hava limanının rəhbərliyini Rusiya vətəndaşlarının qaldıqları məkanı genişləndirməyə və onların qida rasionunu yaxşılaşdırmağa çağırıb.
Komissiya qeyd edib ki, gözləmə zonasında “uzun müddət yaşamaq” konstitusiya ilə qorunan insan ləyaqətini pozur. Eyni zamanda, hüquq müdafiəçiləri Ədliyyə Nazirliyindən ruslar üçün hava limanının kənarında ayrıca gözləmə yeri yaratmağı, xahiş ediblər.
Tural Tağıyev
AzVision.az