İranda yeddi sənətçiyə və bir jurnalistə qarşı cinayət ittihamı irəli sürülüb
Tehran prokurorluğunun hədəfə aldığı Tərəna Əlidusti, Müjgan İlanlu, Həngamə Qaziyani, Təhminə Rzayi Milani, Ümid Tuşe, Səhər Vələdbeygiyan, Məryəm Bubani və Haniyə Təvəssüli İranın istibdadçı rejimi ilə mübarizədə fəallıqları ilə seçilən şəxslərdir.
Əvvəllər də “Qadın, Həyat, Azadlıq” aksiyalarının yatırılmasına etiraz etdiklərinə görə həbs olunan bu sənətçilərin bəzilərinin işləməsinə qadağa qoyulub.
Adı bu yaxınlarda Mədəniyyət nazirliyinin qadağalar siyahısında hallanan aktrisa Təranə Əlidusti daha filmlərdə rol almaq istəmədiyini açıqlayıb.
“Başımıza taxdığınız o məcburi yaylığa görə...hələ də, qan damcılayır”, - Əlidusti deyib.
Xanım Qaziyani isə onunla bağlı qadağanın təsdiqinə
- Mən təkadamlıq hücrələrə atılmazdan daha əvvəl aktrisalıqla vidalaşdım, yenə dedim, indi mənə qadağa qoyduğunuzu düşünürsüz. Bədii şəxsiyyətimin mühüm əlaməti mənliyimi qoruyub saxlamağımdadır”, - cavabını verib.
Yeri gəlmişkən, İranın İrşad naziri Məhəmməd Mehdi İsmaili hökumətin kollegiya iclasında, məcburi hicaba etiraz olaraq daha əvvəl ictimai yerlərdə və tədbirlərdə hicabsız görünən qadın akrtisaları qınayaraq, qanunlara əməl etməyənlərin işləmək mümkün olmadığını söyləyib.
AzVision.az
Teqlər: İran sənətçilər