Vaşinqton: Hücumlar davam etsə, biz yenə cavab verəcəyik
“Prezident Bayden bu barədə çox açıq danışdı. İran və ya onun vasitəçiləri hücum edərsə, biz cavab verəcəyik. Biz demişik ki, əgər bizim əsgərlər hücuma məruz qalarsa, biz cavab verəcəyik. Biz artıq belə hücumlara cavab vermişik. Əgər onlara yenidən hücum edilərsə, biz yenə cavab verəcəyik. İnanıram ki, iranlılar bizim mesajımızı başa düşüblər, biz qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, - Sullivan deyib.
Qeyd edək ki, Qəzza böhranından sonra İranın vasitəçi qüvvələrinin ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına hücumuna cavab olaraq, ABŞ-nin bölgədəki hərbi qüvvələri əks-hücumlar həyata keçiriblər.
AzVision.az
Teqlər: Sallivan xəbərdarlıq