İrəvanda atışma olub, yaralananlar var
"Oktyabrın 30-da saat 04:25 radələrində Erebuni tibb mərkəzindən polisə onlara ayağından yaralanmış gənc oğlan gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə gələn müstəntiqlər zərərçəkənin Nubaraşen sakini, 21 yaşlı Slavik X. olduğunu müəyyən ediblər. Zərərçəkmişə binalardan birinin yaxınlığında "Mercedes" markalı avtomobildən tapançadan atəş açılıb. Hadisə yerindən 5 ədəd patron aşkar edilib", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan