"İsrailin Qəzzanı məhv etmək planı yoxdur" - Səfir
Səfir əlavə edib ki, İsrail Qəzza zolağının dağıdılması və sakinlərinin köçürülməsini planlaşdırmır. Onun planı HƏMAS-ın hərbi strukturlarını məhv etməkdir.
"Qəzza zolağının məhv edilməsi planı yoxdur. Bunun haradan qaynaqlandığını bilmirəm, amma belə bir plan yoxdur. HƏMAS-ın hərbi strukturlarının məhv edilməsi və girovların qaytarılması planı var, hamısı budur", - diplomat Rusiya xarici işlər naziri Sergey Lavrovun Qəzza zolağının dağıdılması və 2 milyon sakinin anklavdan qovulmasının əsrlər olmasa da, onilliklər boyu fəlakət yaradacağına dair sözlərini şərh edərkən deyib. Ben Zvi həmçinin qeyd edib ki, “heç bir köçürülmə planlaşdırılmır”.
Səfirin sözlərinə görə, Qəzza zolağına əhali üçün humanitar yardımlar gedir.
"Hər gün 100-ə qədər yük maşını Qəzzaya humanitar yardım aparır. Biz Qəzza zolağının cənubuna su təchizatını yenidən bərpa etdik, baxmayaraq ki, bura bizə düşmən olan ərazidir. Elektrik enerjisi ilə də təmin edilirlər”, - deyə o bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: