İranda spirtli içkidən zəhərlənmə iki nəfərin həyatına son qoyub
“Qəzvində 17 nəfər alkoqoldan zəhərlənərək tibb mərkəzlərinin birində müalicə olunub və onlardan 2-si dünyasını dəyişib. Spirtdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərdən üçü müalicə olunduqdan və qismən sağaldıqdan sonra xəstəxanadan buraxılıb. Digər 12 nəfər isə hələ də xəstəxanadadır və onların müalicələri davam edir”, - Ərdağyan deyib.
Son illərdə İranın müxtəlif şəhərlərində spirtli içkilərdən zəhərlənmə halları artıb. Bu il onun yeni dalğası iyun ayının ortalarından etibarən Əlborz vilayətində başlayataq, sürətlə digər vilayətlərə, o cümlədən Qərbi Azərbaycan, Hörmüzqan, Tehran, Xorasan Rəzəvi, Gilan və Mazandarana yayılıb və onlarla insanın ölümünə səbəb olub.
İranda zəhərli içkilərin yayılması və alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayının dəqiq statistikası açıqlanmasa da, iyun ayında Məhkəmə Tibb təşkilatının rəhbəri Abbas Məscidi Arani ötən il 2021-ci ilə nisbətən 30% artdığını və 644 nəfərin spirtli içkidən öldüyünü bildirib.
AzVision.az