Armita Gəravənd dünyasını dəyişib - VİDEO
“16 yaşlı Armita bütün səylərə baxmayaraq xəstəxananın reanimasiya şöbəsində iyirmi səkkiz gün qaldıqdan sonra vəfat edib. Armita Gəravənd həkimlərin rəsmi açıqlamalırna görə, qan təzyiqi qəfil endikdən sonra yıxılıb, beyin zədəsi alıb, ardınca davamlı qıcolmalar, beyinin oksigenləşməsinin azalması və beyin ödemi baş verib. Qurbanın beyin zədəsi onun bir müddət komada qalmasına səbəb oldu və o, şənbə günü dünyasını dəyişib”, - məlumatda deyilir.
Kirmanşah əsilli Tehran sakini 16 yaşlı Armita, oktyabrın ilk günündə Tehranın “Şühda” metrosunda qatara mindikdən sonra huşunu itirib və sonradan onun komaya düşdüyü bildirilib.
Yayımlanan video-materiallardan Armitanın metro stansiyasına daxil olarkən hökumətin tələb etdiyi məcburi hicab taxmadığı görünür.
Məhz bu səbəbdən bəzi mənbələr əslində gənc qızın məcburi hicab adeptlərindən birinin hücumu nəticəsində ölümə səbəb olan xəsarət aldığını və dünyadan köçdüyünü iddia edirlər. Belədə, İranın hüquq-mühafizə orqanlarının obyektiv istintaq aparacaqlarına cəmiyyətdə inam, demək olar ki, sıfır səviyyəsindədir.
AzVision.az