Qrossi: Şimali Koreya təcrübəsi İranda təkrarlanmamalıdır
“MAQATE beynəlxalq ictimaiyyətin İran üzərində gözü və qulağıdır və indi biz İranın nüvə proqramı ilə bağlı son dərəcə narahatıq. Biz bu problemin qarşısını almaq üçün bütün səylərimizi sərf etməliyik. Beynəlxalq ictimaiyyət potensial imkanlara malik olan və uğursuzluğa düçar olmayan bir ölkədə nüvə silahı istehsalının qarşısını ala bilər. Biz əvvəllər Şimali Koreyada belə uğursuzluğu görmüşük”, - Qrossi deyib.
Qeyd edək ki, MAQATE-nin 2009-cu ildən bəri Şimali Koreyanın nüvə obyektlərinə çıxışı yoxdur və bu ölkənin nüvə fəaliyyətinə yalnız uzaqdan, o cümlədən peyk görüntülərindən istifadə yolu ilə nəzarəti həyata keçirir. İrana gəlincə, MAQATE hələ də bu ölkənin “bəyan olunmuş nüvə obyektlərinə müntəzəm girişdən” istifadə edir.
Lakin son beş ildə JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) yenidən canlandırılması dalana dirəndiyi üçün Tehran həmin saziş çərçivəsində quraşdırılmış monitorinq avadanlığını yığışdırıb və agentlik artıq İranda bəyan edilməmiş ərazilərdə təcili yoxlamalar həyata keçirə bilmir.
AzVision.az