“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək

“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
  13 Oktyabr 2023    Oxunub:1359
Azərbaycanın kişilərdən ibarət milli futbol komandasının 2024-cü il UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.

Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq.

Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti