"ABŞ İsraili tək qoymayacaq" - Blinken
"Siz özünüzü müdafiə edəcək qədər güclü ola bilərsiniz, amma nə qədər ki, Amerika var, tək olmayacaqsınız”.
O qeyd edib ki, Birləşmiş Ştatlar ölkədə fövqəladə hökumətin yaradılmasını dəstəkləyir və bu, “İsrail cəmiyyətinin birliyini və qətiyyətini” nümayiş etdirir.
Blinken vurğulayıb ki, ABŞ Fələstin-İsrail münaqişəsinin yayılmaması üçün Yaxın Şərqdə diplomatik iş aparır. Bundan əlavə, Vaşinqton HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı İsraillə əlaqə saxlayır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: