HƏMAS-ın əməliyyatı İran rəsmilərini təəccübləndirib
Qəzetin məlumatına görə, ABŞ İranın əsas fiqurlarının “təəccübləndiyini” xəbər verən bir sıra kəşfiyyat hesabatları hazırlayıb və bu məlumat Tehranın hücumun planlaşdırılmasında bilavasitə rolu ilə bağlı şübhələr yaradıb.
Bununla belə, ABŞ rəsmiləri bildiriblər ki, onların kəşfiyyat araşdırmaları davam edir. İranın və ya digər ölkələrin HƏMAS əməliyyatlarında birbaşa iştirakın göstərən sübutların axtarışı davam edə bilər.
Həmçinin, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Conatan Fayner CBS telekanalına müsahibəsində İran faktorunun rol oynadığını söyləyib.
“Şübhə yoxdur ki, İran bu hücumlarda geniş miqyasda iştirak edir. İran neçə onilliklər ərzində HƏMAS-ın əsas dəstəkçisi olub, onları silah və təlimlə təmin edib, onlara maliyyə dəstəyi verib. Biz İranın rolunu kifayət qədər yaxşı anlayırıq”, - Fayner deyib.
AzVision.az