"İslami Cihad" liderlərindən biri öldürülüb
Onun sözlərinə görə, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbə nəticəsində Şehab ailəsi ilə birlikdə həlak olub. Əlavə məlumat verilmir
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi oktyabrın 7-də HƏMAS radikal hərəkatının silahlılarının Qəzza zolağından İsrailə hücumu ilə başlayıb. Son rəsmi məlumatlara görə, toqquşmalar və atəşlər nəticəsində fələstinlilər arasında 1,2 mindən çox insan həlak olub, 5,9 minə yaxın insan yaralanıb, İsrail tərəfində isə 1,5 minə qədər insan münaqişənin qurbanı olub, təxminən 4 min nəfər yaralanıb. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini qeyd eib. İsrail müharibəyə hazır vəziyyətə keçdiyini və Qəzza zolağının tam blokadaya alındığını elan edib.
AzVision.az
Teqlər: