İran XİN: Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının İranla bağlı bəyanatını əsassızdır
İranın nüvə və hərbi fəaliyyətləri ilə bağlı məsələyə gəldikdə isə, Kənani Tehranın “hüquq və vəzifələr çərçivəsində öz beynəlxalq qanun və öhdəliklərinə həmişə riayət və Hərtərəfli Təminatlar sazişi əsasında MAQATE ilə konstruktiv əməkdaşlığını davam etdirdiyini söyləyib.
Bir neçə gün əvvəl Aİ-yə və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə bəyanatında İranın nüvə proqramının “sülhpərvər” mahiyyətinə zəmanət vermək üçün İranın MAQATE ilə hərtərəfli əməkdaşlığını istəyiblər.
Fars Körfəzi Əməkdaşlıq Şurası isə üç ada ilə bağlı mübahisəsinin beynəlxalq hüquq və ya Beynəlxalq Ədalət məhkəməsi əsasında ikitərəfli danışıqlar müsəvisində sülh dinc yolla həllinə nail olunması üçün BƏƏ-nin tələbini dəfələrlə dəstəkləyib.
Amma mütəmadi şəkildə üç ada ilə bağlı bəyanatlara sərt reaksiya verən İran bi təkilfləri pisləyib.
AzVision.az