"İrana qarşı istənilən axmaq hərəkətə sarsıdıcı cavab verəcəyik" - Kənani
İranın Fələstinin HƏMAS hərəkatını İsrailə hücuma görə dəstəkləməsi ilə bağlı Tehrana qarşı təhdidləri şərh edən diplomat düşmənlərinə xəbərdarlığını da verib: "İranı təhdid edən hər kəs bilməlidir ki, ölkəmizə qarşı istənilən axmaq hərəkət sarsıdıcı cavabla qarşılaşacaq".
Jurnalistlərin İranın HƏMAS və İsrail arasında atəşkəslə bağlı razılığa çalışıb-çalışmamasına dair sualını cavablandıran Kənani deyib ki, mövcud vəziyyətlə bağlı qərarı Fələstin xalqı verir: “Biz bölgədəki heç bir partiya, o cümlədən fələstinlilər üçün qərarlar qəbul etmirik”.
İran XİN rəsmisi Tehranın səylərinin İslam ölkələrinin Fələstin xalqını dəstəkləməsinə yönəldiyini vurğulayıb.
Tural Tağıyev
AzVision.az