Mossadın keçmiş rəhbəri Tehrana xəbərdarlıq edib
“İsrailin cənubunda ərazini HƏMAS qüvvələrinin qalıqlarından təmizləmək üçün böyük əməliyyat aparılır. Bizi narahat edən məsələlərdən biri də odur ki, Livanda İranın nəzarətində olan Hizbullah hücum edəcək və indi belə bir hal baş verib. Bu da təbii ki, şimalda İsrailin çox sərt reaksiyası ilə qarşılanıb. Mən iranlıların yerində olsaydım, cənubdakı hadisələrdən istifadə etməyə və İsrailə zərər verməyə çalışmazdan əvvəl bir dəfə deyil, on dəfə düşünərdim. Məncə, belə bir aksiya onlara çox, çox baha başa gələcək”, - Halevi deyib.
İsrail mediası vurğulayır ki, HƏMAS və Fələstin İslami Cihad liderləri bu yaxınlarda Livan “Hizbullahı”nın baş katibi Həsən Nəsrullah ilə bir neçə görüş keçirərək, bunu İranın İsrailə qarşı hədəfləri çərçivəsində birgə fəaliyyətlərinin bir hissəsi kimi qiymətləndiriblər.
AzVision.az