Ukraynanın Aİ-yə üzvlük tarixi açıqlandı

Ukraynanın Aİ-yə üzvlük tarixi açıqlandı
  30 Sentyabr 2023    Oxunub:1012
Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər.
AzVision.az xəbər verir ki, bunu Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova deyib.

O, Brüssel tərəfindən nəzərdə tutulan islahatların tamamlanmasını: qanunvericilik, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi və məhkəmə sahəsində, habelə korrupsiyaya qarşı uğurlu mübarizəni Ukraynanın Aİ-yə daxil olmasının şərti adlandırıb.

“İnanıram ki, Ukrayna 2022-ci ilin iyununda Avropa Komissiyasının tövsiyəsində müəyyən etdiyi yeddi addım üzərində işi başa çatdıracaq. Düşünürəm ki, çox çalışsanız, 2030-cu il real son tarixdir”.

Maternovanın sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti