"300 nəfərin siyahısını təslim olması üçün Ermənistana vermişik" - Səfir

   "300 nəfərin siyahısını təslim olması üçün Ermənistana vermişik" -    Səfir
  27 Sentyabr 2023    Oxunub:2123
"Prezidentimiz dəfələrlə mətbuat vasitəsilə erməni əsilli sakinlərə Azərbaycan pasportunu qəbul etməklə burada yaşamaq hüququna malik olduqlarını bildirib. Azərbaycan dövləti bizə Ermənistan vətəndaşlarımızın, eləcə də Azərbaycanda yaşayan müxtəlif xalqların hüquq və qanunlarını qorumağı tapşırır. Əgər o adamların əli qana bulanmayıbsa, qanunlarımıza görə cinayət törətməyiblərsə, onların Azərbaycanda yaşamaq haqqı var".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov "CNN TÜRK"ə müsahibəsində deyib.

"Bu gün artıq bəzi ermənilərin öz vətənlərinə köç etdiyinin şahidi oluruq. Mətbuat mənsubları hətta bu insanlara “niyə burdan gedirsən?” sualını verirlər. Heç biri “bizi buradan qovurlar, atırlar” demir. Biz onların bəzilərinin yalnız soyadlarını Ermənistana vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik siyahıdır. Onlar həm də Birinci Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün yolu keçərkən tutularaq Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun olaraq mühakimə olunacaq.

Ermənilərə görə Qarabağda 120 min erməni əsilli şəxs var, bizim hesablamalarımıza görə ondan dəfələrlə azdır. Bu günə qədər 20 minə yaxın insan miqrasiya edərək Ermənistan sərhədinə çatıb. Qalanları Azərbaycandadır".

R.Məmmədov qeyd edib ki, Azərbaycan sivil və beynəlxalq hüquqa diqqət yetirən dövlətdir. "Əslində bizə qarşı çıxan, o bölgədə yaşayan insanlara qarşı mərhəmətli davranan bir dövlətdir. Ən son texnoloji sursatlardan istifadə etdik ki, oradakı mülki şəxslər zərər görməsin. Orada o insanların qarşısında duran silahlı strukturlara qarşı döyüşdük. Bir evin belə xarab olmasına icazə vermədik. Biz hər şeyi etdik ki, insanlar qorxmasın, insanlar narahat olmasın. Buna görə heç kim bizi günahlandıra bilməz", deyə səfər əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti