"Antiterror tədbiri tarixə ən nadir hərbi-taktiki-strateji gediş kimi düşəcək" - Azər Süleymanov

"Antiterror tədbiri tarixə ən nadir hərbi-taktiki-strateji gediş kimi düşəcək" -    Azər Süleymanov
  21 Sentyabr 2023    Oxunub:655
“Ali Baş Komandanın yürütdüyü xarici siyasəti mənfur niyyətli hər bir addımı qətiyyətlə dəf edəcək”
Bunu Gürcüstan Parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim, Azər Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində deyib.

Müraciətdə deyilir: “Möhtərəm Prezident İlham Heydər oğlu, cənab Ali Baş Komandan! İkinci Qarabağ savaşının başlamasından üç il keçməsinə baxmayaq, mənfur düşmənlər bu qədər müddətdə Böyük Zəfərdən sona imzalanmış üçtərəfli Sazişin heç bir şərtinə əməl etmədiklərini hər gün görürdük. Daima Azərbaycan tərəfini təhdid edib, Xankəndi və ətraf bölgələrdəki dinc erməni sakinlərini sipər edərək, həmin ərazilərə durmadan xarici havadarlarının dəstəyilə silas-sursat və ağır texnika toplamaqla məşğul olublar. İşğaldan azad olunmiş, minalardan təmizlənmiş ərazilərimizə diversiya-terror qruplaşmalarının əlilə yenidən minalar basdırmaqdan vaz keçməyiblər. Nəhayət ki, Fizuli yolunda minaya düşən polislərimizin şəhadət xəbəri artıq hamımızın səbrini daşırdı. Ermənistanın və erməni terrorçu silahlı birləşmələrinin bu iyrənc metodlarla işğalçı hücumlarına nəhayət ki, Müzəffər Ali Baş Komandanın birdəfəlik son qoymaq əmri, həm bizləri sevindirdi, həm də 50 milyonluq xalqımızın bir parçası olaraq hadisələrin gedişatı həyəcanlı anlar yaşatdı. Sizin böyük sərkərdəlik qabiliyyətiniz sayəsində Xankəndidə yuva salmış terrorçu erməni hərbi birləşmələrinə qarşı ildırımsürətli həmləniz, ordumuzun antiterror tədbirlərinə başlaması cəmi 24 saat çəkdi. Bir sutkaya bu böyüklükdə antiterror tədbirini tamamlamaq, tarixə ən nadir hərbi-taktiki-strateji gediş olaraq həkk olacaq. 30 ildi dünyanın hər yerində, mötəbər tribunalarında Azərbaycanın haqq səsini ucaltsanız da, mənfur düşmənin havadarları Sizin sülh çağrışlarınıza bəzən ikili standartlar çərçivəsində münasibət bəslədilər. Torpaqlarının 20 faizini itirmiş xalqımızın mübarizə əzmi isə qırılmadı, əksinə günbəgün artaraq bugünkü nəticəylə yekunlaşdı. Təəssüf ki, beynəlxalq qanunların, qəbul olunmuş qətnamələrin sayəsində atəşkəs şəraitində deyil, minlərlə Qazi və Şəhidimizin canı və qanı bahasına geri qaytarılmış Şuşanın sırasına bu gün Xankəndi də qoşulmaqla Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu.
Antiterror tədbirlərində qazanılan bu Zəfər artıq Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin təməlində Azərbaycan ordusunun dayandığını birmənalı olaraq sübuta yetirdi. Müzəffər Ali Baş Komandan! Artıq inanınıq ki, Ali Sərkərdənin yürütdüyü xarici siyasəti və beynəlxalq aləmdə duruşu Vətənimizə, milli Dövlətimizə qarşı bundan belə mənfur niyyətli hər bir addımı qətiyyətlə dəf edəcək. Apardığınız ordu islahatlarının intensivliyi və dəqiqliyi dünyanın ən hazırlıqlı ordusu srasında Azərbaycan əsgərinin də yer alması bizlərə verdiyiniz ən böyük qurur hissidir.
Həmçinin, bundan sonra qonşu dövlətlərin Azərbaycana qarşı apardığı hədələyici xarici siyasəti, hərbi hədə-qorxusu uydurma istəkləri də gorbagor olacaq.
Azərbaycan Ordusunun 44 gün ərzində Şuşanın azad olmasıyla bitən qələbəsi, bu gün bir günlük hücumuyla Xankəndini qaytarması və bu sevinci dünyadakı soydaşlarımıza ərmağan etməsi nə qədər sevincimizə sevinc qatsa da, bu yolda canından keçən şəhidlərimizin də ruhunu daim əziz tutacaq və unutmayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Əziz Azərbaycan xalqı! Mən də Sizlərdən biri kimi hamımızı, başda Ali Baş Komandan cənab İlham Əliyevi Bütünləşməş Bütövləşmiş Azərbaycan Günü - Böyük Zəfər münasibətilə təbrik edirəm, bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eləsin! Zəfərin mübarək Azərbaycan!”.
AzVision.az




Teqlər:





Xəbər lenti