304 nəfər YAP-dan qovuldu

   304 nəfər YAP-dan qovuldu
  21 Sentyabr 2023    Oxunub:1432
Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.
Ətraflı

İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Sonda cari məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti