Paşinyana qarşı fasiləsiz aksiyalara başlanıldı

Paşinyana qarşı fasiləsiz aksiyalara başlanıldı
  21 Sentyabr 2023    Oxunub:608
Ermənistanda vəziyyət daha da gərginləşib.
AzVision.az xəbər verir ki, “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan hakimiyyətə qarşı 7 gün 24 saatlıq mübarizəyə başladıqlarını elan edib. O, bu barədə sosial şəbəkədə canlı yayıma çıxarkən məlumat verib.

"Saat 18:00-da başlayırıq və Respublika meydanında toplanacağıq", - o qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət Qarabağdakı ermənilərin ehtiyaclarını ödəməli idi, lakin bunu etmir.

"Biz bu gün ətraflı fəaliyyət planını təqdim edəcəyik. Xahiş edirəm ki, bizə qoşulasınız və özünüzlə yoldaşlarınızı da gətirəsiniz", - siyasətçi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti