İran mediası və telekanallarında davamlı olaraq Azərbaycan əleyhinə qərəzli açıqlamalar verən Şüeyb Bəhmən adlı siyasi şərhçi “X” hesabında ermənipərəst paylaşım edib.
Bədnam ekspert yazıb: “İranın Qafqazdakı qırmızı xətlərindən biri də İran rəhbərinin bəyan etdiyi kimi, “Qarabağdakı erməni icmasının hüquqlarına hörmətlə yanaşılmasıdır. Bu bölgənin əhalisi aylardır "qeyri-insani mühasirədə" qalıb və indi Bakı onları zorla köçürmək üçün “müharibəyə başlayıb”.