"5 min ermənini təxliyə etmişik" - Rusiya MN

   "5 min ermənini təxliyə etmişik" -    Rusiya MN
  21 Sentyabr 2023    Oxunub:1004
Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinin üç rayonundan 5 min insanı təxliyə edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Aktiv döyüş əməliyyatları (Antiterror əməliyyatları-red.) başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Əsgəran rayonlarından dinc əhalini təxliyə edib", - nazirlikdən bildirilib.

Qeyd edilir ki, təxliyə edilən insanlar istirahət üçün xüsusi yerlər və isti yeməklə təmin olunublar. Rusiya Federasiyasının hərbi həkimləri isə ehtiyacı olanlara tibbi yardım göstəriblər.

Bundan başqa, məlumatda qeyd edilib ki, qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi, habelə Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı, İrəvan və Xankəndi şəhərləri ilə davamlı qarşılıqlı fəaliyyət davam etdirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı   Təxliyə  





Xəbər lenti