Rusiyalı politoloq hesab edir ki, xırda döyüşlərdən sonra qısa vaxtda danışıqlar baş tutacaq: “Bu dəfə erməni hərbi hissələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı Azərbaycanın mövqeyi sərt olacaq. Azərbaycanın ordusu və polisi bölgənin bütün yaşayış məntəqələri üzərində nəzarət tam şəkildə təmin etməlidir. İnzibati binaların üzərində Azərbaycan bayrağı dalğalanmalıdır. Bu tələblər mütləq yerinə yetirilməlidir”.
Əgər Paşinyan Azərbaycana ordu göndərsə... – Rusiyadan baxış |
Markovun sözlərinə görə, Qarabağın erməni əhalisinə qalmaq, yoxsa getməklə bağlı seçim imkanı veriləcək. Həm də tələsdirmədən. Azərbaycan dövlətçiliyinə inteqrasiya olunmaq istəməyənlər əşyalaını toplayıb, gedə biləcəklər. Azərbaycan mülki əhaliyə mülayim yanaşacaq.
“Rusiya heç bir şəkildə Azərbaycanın qarşısını kəsməyəcək. Çünki Rusiyanın nöqteyi-nəzərindən Paşinyan satqındır, Rusiyanın düşmənlərinin tərəfinə keçib, buna görə də cəzasını çəkməlidir”,- Markov vurğulayıb.
Murad Nəcəfov
Tariyel Həsənov
AzVision.az