"Kiyev heç vaxt NATO üzvlüyünə indiki qədər yaxın olmayıb" - Stoltenberq
Təşkilat rəhbərinin sözlərinə görə, hətta iyulda Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret qərarlar qəbul edilib. O cümlədən, forum iştirakçıları Kiyevə hərtərəfli yardım paketinin ayrılmasını təsdiqləyib və onun maliyyələşdirilməsinə dair razılığa gəliblər. "Bu, Alyansa tam uyğun olan Ukrayna ordusunun yaradılması üçün edilib", - Stoltenberq vurğulayıb.
O həmçinin qeyd edib ki, “Biz NATO-Ukrayna Şurası yaratmaqla siyasi əməkdaşlığı gücləndirmişik, burada bərabərhüquqlu şəkildə görüşür və qərarlar qəbul edirik. Biz həmçinin NATO-ya gedən yolu iki pillədən bir pilləyə endirərək, Ukraynanın Üzvlük üzrə Fəaliyyət Planının icrasını ləğv etdik”.
Tural Tağıyev
AzVision.az
Teqlər: NATO