Siyarto: “Gürcüstan payızda Aİ-yə namizəd statusu almalıdır”
“Gürcüstanın namizədliyi statusu ilə bağlı qərar siyasi məsələdir və biz Avropa İttifaqından bu siyasi öhdəliyi, payızda qəbul ediləcək siyasi qərarı tələb edirik”, - o bəyan edib.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili cavab olaraq həmkarına verdiyi dəstəyə görə təşəkkür edib.
“Biz tam dərk edirik ki, Avropa İttifaqına daxil olmaq müəyyən öhdəliklərlə bağlıdır. Bu, uzunmüddətli, lakin nəticəyə yönəlmiş prosesdir. Gürcüstan öz öhdəliklərini yerinə yetirmək və Aİ-yə üzv olmaq üçün güclü iradə nümayiş etdirib”, - deyə gürcü nazir qeyd edib.
AzVision.az
Teqlər: Gürcüstan